...

Avropa Komissiyası 2027-ci ilə qədər Rusiyadan qaz tədarükünün tam qadağan olunmasını təklif edib

Dünya xəbərləri Materials 17 İyun 2025 17:47 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Avropa Komissiyası 2027-ci ilə qədər Rusiyadan qaz tədarükünün tam qadağan edilməsini təklif edib.

Trend xəbər verir ki, belə bir bəyanatla enerji üzrə avrokomissar Dan Yorgensen keçirdiyi mətbuat konfransında çıxış edib.

“Bizim təklifimiz o anlama gəlir ki, 2027-ci ilin sonundan etibarən Avropa bazarında Rusiya yanacağı olmayacaq”, – deyə o vurğulayıb. – “Qısamüddətli müqavilələr 2026-cı ildən etibarən qadağan ediləcək, uzunmüddətli müqavilələr isə 2027-ci ilin sonuna qədər tamamilə dayandırılmalıdır”.

Yorgensen izah edib ki, Avropa Komissiyası Aİ ölkələrinin bu qadağadan yan keçməsinin qarşısını almaq üçün xüsusi mexanizmlər yaratmaq niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti