...

Azərbaycanın mədənçıxarma sənayesi üzrə istehsalının həcmi məlum olub

Energetika Materials 17 İyun 2025 15:33 (UTC +04:00)
Azərbaycanın mədənçıxarma sənayesi üzrə istehsalının həcmi məlum olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Azərbaycanın mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 16,2 milyard manat təşkil edib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4 faiz azalıb.

Sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 11,4 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 16,2 milyard kubmetr təşkil edib.

Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 1,7 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti