Bakı. Trend:
Müəllimlər sertifikasiya imtahanlarında şagirdlərə öyrətməli olduqları mövzulardan imtahan edilirlər.Trend xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı bu gün keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, sertifikasiya qaydaları kifayət qədər loyaldır.
"Bizim sertifikasiya qaydalarımız olduqca loyaldır. Sualları da müəllimin şagirdə öyrətməli olduğu səviyyədə hazırlayırıq. Müəllimlər bu baxımdan narazı qalmamalıdır. Onların çətin hesab etdiyi suallar əslində çətin deyil, sadəcə daha kompleks şəkildə tərtib olunub", – deyə o əlavə olunub.