...

Yaponiyada 5,1 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 11 Yanvar 2026 08:51 (UTC +04:00)
Yaponiyada 5,1 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Yaponiyanın şimal-şərqində 5,1 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə ölkənin milli meteorologiya idarəsi xəbər verib.

Məlumata əsasən, zəlzələnin episentri İvate prefekturası ərazisində, ocağı isə 60 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Zəlzələdən sonra sunami xəbərdarlığı verilsə də, bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti