Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp İrana zərbə endirmək üçün bir neçə variantı nəzərdən keçirir və bu barədə ordu ona məlumat verib.
Trend-in məlumatına görə, bu barədə "The New York Times" qəzeti xəbər verib.
"Prezident Tramp son günlərdə etirazçıları susdurduğuna görə İrana hücum təhdidini həyata keçirməyi düşündüyü üçün İrana qarşı hərbi hücumların yeni variantları barədə məlumat verilib", - deyə qəzet bir neçə Amerika rəsmisinə istinadən bildirib.
Məlumata əsasən, D.Tramp "yekun qərar verməyib".
Qəzetin mənbələrinə görə, "prezidentə Tehranda qeyri-hərbi hədəflərə zərbələr endirmək də daxil olmaqla bir sıra variantlar təqdim edilib".