Bakı. Trend:
İran vətəndaşlarının nigaranlığını aradan qaldırmaq və problemləri həll etmək hökumətin borcudur.
Trend-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün İran vətəndaşlarına müraciətində deyib.
Onun sözlərinə görə, İran hökuməti vətəndaşların ölkənin bütün ehtiyatlarını ədalət çərçivəsində hansı partiyaya, hansı qrupa, hansı vilayətə və dilə aid olmasından asılı olmayaraq bütün vətəndaşlar arasında bölmək istədiyinə inanmalarını istəyir.
Pezeşkian bildirib ki, İran hökumətinin vətəndaşların problemlərini həll etməkdən əlavə daha böyük bir vəzifə vardır. Belə ki, iğtişaşçıların stabilliyə zərbə vurulmasının qarşısını alınmasıdır.
Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları başlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də, say haqda məlumat verilməyib.
