...

Aİ Suriyadakı münaqişə tərəflərini atəşkəsə riayət etməyə çağırıb

Dünya xəbərləri Materials 11 Yanvar 2026 06:21 (UTC +04:00)
Aİ Suriyadakı münaqişə tərəflərini atəşkəsə riayət etməyə çağırıb

Bakı. Trend:

Avropa İttifaqı Suriyanın Hələb şəhərində və ətrafında hərbi əməliyyatlara son qoyulması, mülki şəxslərin hər zaman qorunması və humanitar yardıma daha asan çıxışın təmin edilməsinə çağırıb.

Trend-in məlumatına görə, bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmi nümayəndəsi bildirib.

"Bütün tərəfləri elan edilən atəşkəsi tətbiq etməyə və siyasi həll yolu tapmaq üçün təcili olaraq siyasi dialoqa qayıtmağa çağırırıq", - deyə bəyanatda bildirilib.

Sənəddə qeyd olunub ki, ölkə daxilində sabitliyə nail olmaq "bütün suriyalıların istəklərinə cavab verən davamlı və inklüziv keçidin təmin edilməsində əsas elementdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti