Bakı. Trend:
Taylandın cənubundakı silahlılar PTT neft və qaz şirkətinə məxsus 11 yanacaqdoldurma məntəqəsində partlayıcı qurğular partladıb və yanğın törədiblər.
Trend-in məlumatına görə, bu barədə "One 31" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, yanvarın 11-də Narathiwat, Pattani və Yala əyalətlərində bir sıra koordinasiyalı partlayışlar və yanğınlar baş verib. Bir polis əməkdaşının yaralandığı məlumdur. Təcili yardım xidmətləri hücumların nəticələrinin aradan qaldırılmasına başlayıb və təhlükəsizlik qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.