Bakı. Trend:
İsrail ordusu mart ayında başlaması planlaşdırılan Qəzza zolağında yeni hücum əməliyyatı üçün planlar hazırlayıb.
Trend-in məlumatına görə, bu barədə "The Times of Israel" nəşri xəbər verib.
İsrail rəsmisi nəşrə bildirib ki, hücumun Qəzza şəhəri istiqamətində aparılması planlaşdırılır və əməliyyatın məqsədi anklav daxilində İsrailin nəzarətində olan zonanı mövcud "sarı xətt"dən kənara çıxarmaqdır.
Öz növbəsində, adı açıqlanmayan bir ərəb ölkəsindən olan bir diplomat "The Times of Israel" qəzetinə bildirib ki, İsrail ABŞ-ın təsdiqi və dəstəyi olmadan əməliyyata başlaya bilməyəcək.