Bakı. Trend:
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Suriyada yerləşən İŞİD terror qruplaşmasının 35 mövqeyinə zərbə endirib.
Trend-in məlumatına görə, bu barədə "Al Arabiya" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, Suriyada terrorçuların hədəflərinə edilən hücumlarda 20-dən çox qırıcı təyyarə iştirak edib. Qeyd olunub ki, ABŞ Hərbi Hava Qüvvələri hədəflərə təxminən 90 yüksək dəqiqlikli mərmi atıb.
Qeyd edilib ki, İŞİD-ə qarşı əməliyyatda Amerika qırıcı təyyarələri ilə yanaşı, Kral İordaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr də iştirak edib.