...

“Ştutqart” Leverkuzendə “Bayer”i darmadağın etdi

İdman Materials 11 Yanvar 2026 03:26 (UTC +04:00)
“Ştutqart” Leverkuzendə “Bayer”i darmadağın etdi

Bakı. Trend:

Almaniya Bundesliqasında mövsümün 16-cı turu çərçivəsində “Bayer”lə “Ştutqart” arasında keçirilən qarşılaşma yekunlaşıb.

Trend-in məlumatına görə, Leverkuzen şəhərində yerləşən “BayArena”da baş tutan oyunda meydan sahibləri qonaqları qəbul ediblər. Matç “Ştutqart”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Qonaq komandanın heyətində hesabı 7-ci dəqiqədə Ceymi Lyuelinq açıb. 29-cu dəqiqədə Maksimilian Mittelştaedt penaltini dəqiq yerinə yetirərək üstünlüyü artırıb. Lyuelinq 45+1-ci dəqiqədə özünün ikinci qolunu vurub, bundan bir dəqiqə sonra isə Deniz Undav “Ştutqart”ın dördüncü qolunu qeydə alıb. Oyunun 66-cı dəqiqəsində “Bayer”in futbolçusu Alexandro Qrimaldo penaltidən fərqlənərək hesabı dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti