...

İran parlamentinin sədri ABŞ-ni xəbərdar edib

Dünya xəbərləri Materials 11 Yanvar 2026 12:23 (UTC +04:00)
İran parlamentinin sədri ABŞ-ni xəbərdar edib

Bakı. Trend:

İran hazırda eyni anda dörd istiqamətdə mübarizə aparır.

Trend xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.

O bildirib ki, bu qarşıdurmalardan biri İsrail və ABŞ ilə əlaqədardır. Spikerin sözlərinə görə, paralel olaraq iqtisadi, kognitiv-psixoloji, eləcə də hərbi-terror xarakterli müharibələr davam edir.

Qalibaf ABŞ-nin etiraz proseslərinə müdaxiləsinə də münasibət bildirib və qeyd edib ki, ABŞ İrana hücum edərsə, amerikalıların nəzarətində olan ərazilər və hərbi kontingentlər İran üçün legitim hədəflərə çevriləcək.

Xəbər lenti

Xəbər lenti