Bakı. Trend:
Venesuela parlamentinin keçmiş üzvü Maria Korint Maçado Nobel mükafatını ABŞ prezidenti Donald Trampa təhvil verə bilməyəcək.
Trend-in məlumatına görə, bu barədə Nobel Komitəsi öz saytında bildirib.
"Nobel mükafatı verildikdən sonra onu ləğv etmək, bölmək və ya başqasına vermək olmaz. Qərar qətidir və əbədi olaraq qüvvədə qalır", - deyə bildirilib.
Bundan əvvəl D.Tramp dəfələrlə özünü Nobel Sülh Mükafatına layiq hesab etdiyini bildirmişdi. Lakin 10 oktyabr 2025-ci ildə Nobel Komitəsi bu ilki mükafatın Maçadoya verildiyini elan edib.