...

Londonda etirazçılar İran səfirliyi binasının eyvanındakı bayrağı dəyişdiriblər

Dünya xəbərləri Materials 10 Yanvar 2026 23:22 (UTC +04:00)

Bakı. Trend:

Diplomatik nümayəndəliyin qarşısında keçirilən etiraz aksiyası zamanı naməlum şəxs İran İslam Respublikasının Londondakı səfirliyinin eyvanına çıxaraq ölkənin bayrağını inqilabdan əvvəlki bayraqla əvəz edib.

Trend-in məlumatına görə, bu barədə "Sky News" televiziya kanalı xəbər verib.

Qeyd olunub ki, səfirliyin ərazisinə daxil olan bir kişi İran bayrağını çıxarkən polis əməkdaşları heç bir tədbir görməyiblər.

Skotland Yard hadisəni təsdiqləyib: "İran səfirliyinin yaxınlığında keçirilən və bir nəfərin binanın eyvanına çıxması ilə müşahidə olunan barədə etiraz aksiyası məlumatlıyıq".

Bildirilib ki, iğtişaşların qarşısını almaq üçün əlavə polis əməkdaşları cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti