Bakı. Trend:
İtaliya millisinin sabiq forvardı Mario Balotelli Səudiyyə Ərəbistanında oynayacaq.
Trend xəbər verir ki, o, karyerasını "Əl-İttifaq"da keçirəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
35 yaşlı forvardı tibbi müayinədən keçdikdən sonra klubla rəsmi müqavilə imzalayacaq.
Son olaraq "Cenoa"nın formasını geyinmiş Balotelli "Mançester Siti”, “İnter”, "Milan" klublarında oynayıb.