...

Beş ayda magistral neft kəmərləri ilə 15 milyon tondan çox neft daşınıb

Energetika Materials 17 İyun 2025 15:42 (UTC +04:00)
Beş ayda magistral neft kəmərləri ilə 15 milyon tondan çox neft daşınıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Magistral neft kəmərləri ilə 15,427 milyon ton neft nəql edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, nəqletmənin 75,5 faizi Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-may ayları ərzində bu kəmər vasitəsilə 11,646 milyon ton neft ötürülüb.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,4 faizini və ya 9,711 milyon tonunu Azərbaycanda hasil edilən neft, 16,6 faizini və ya 1,935 milyon tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti