...

Paytaxtın neçə təhsil müəssisələrində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunub?

Cəmiyyət Materials 17 İyun 2025 11:11 (UTC +04:00)
Paytaxtın neçə təhsil müəssisələrində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunub?
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2024-2025-ci tədris ilində paytaxtın 270 təhsil müəssisəsində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunub.

Trend xəbər verir ki, layihə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə 9 323 sinif üzrə 256 996 şagirdi əhatə edib.

Layihə çərçivəsində 6 030 müəllim müvafiq təlimlərdən keçib.

Həmçinin, şagirdlər arasında “Kod Saatı: Rəqəmsal gələcəyə addım” müsabiqəsi təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti