...

Peskov Azərbaycana təşəkkür edib

Siyasət Materials 17 İyun 2025 15:11 (UTC +04:00)
Peskov Azərbaycana təşəkkür edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanlı dostlarımız rusiyalıların İrandan təxliyəsi üçün əlverişli şərait yaradırlar, buna görə biz onlara çox minnətdarıq

Trend xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

“Rusiyalıların çıxışı və çatdırılması, əsasən, Azərbaycanla sərhəddəki nəzarət-buraxılış məntəqələri vasitəsilə həyata keçirilir. Azərbaycanlı dostlarımız da əlverişli şərait yaradırlar, buna görə biz onlara çox minnətdarıq”, – deyə Kremlin nümayəndəsi bildirib.

Peskovun sözlərinə görə, Rusiya vətəndaşlarının təxliyəsi üzrə işlər, o cümlədən, əlaqələndirmə gündəlik olaraq davam edir.

“Səfirlik diqqət mərkəzində olan bütün vətəndaşların sayını bilir, onların nə qədər olduğunu, kimlərin təxliyə olunmaq istədiyini dəqiq müəyyənləşdirib və vətəndaşlarımızın izlənilməsinə çox ciddi nəzarət edir ki, heç bir təhlükə ilə üz-üzə qalmasınlar”, – deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti