...

İran Məşəddə İsrail PUA-sını vurub

Dünya xəbərləri Materials 17 İyun 2025 14:38 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın hava hücumlarından müdafiə qüvvələri ölkənin şərqində yerləşən Məşəd şəhər hava limanı yaxınlığında İsrailə aid pilotsuz uçan aparatı vurub.

Trend xəbər verir ki, bu barədə Rəzəvi-Xorasan ostanının polis idarəsi məlumat yayıb.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti