...

Müsabiqədə qaliblər arasında oğlanlar üstünlük təşkil edir - İbrahim Baxışlı

Cəmiyyət Materials 17 İyun 2025 12:19 (UTC +04:00)
Müsabiqədə qaliblər arasında oğlanlar üstünlük təşkil edir - İbrahim Baxışlı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Müsabiqədə qızlar daha çox iştirak edir, lakin qaliblər arasında oğlanlar üstünlük təşkil edir.

Trend xəbər verir ki, bunu Təhsil İnstitunun Qiymətləndirmə, təhlil və monitorinq mərkəzinin direktoru İbrahim Baxışlı "Bilbacar" müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi zamanı çıxış edərkən deyib.

O qeyd edib ki, “BilBacar” layihəsində iştirak edən təxminən 3.000 nəfərin cins bölgüsü demək olar ki, bərabərdir, yəni həm oğlan, həm də qız şagirdlər eyni səviyyədə təmsil olunublar. Lakin final mərhələsində qızların sayca üstünlük təşkil etdiyi müşahidə olunub:

“Buna baxmayaraq, qaliblər arasında oğlanların üstünlüyü daha nəzərə çarpandır. Son nəticələrə əsasən, qalib şagirdlərin təxminən 60 faizi oğlanlardır. Bu tendensiya layihəyə qatılan 4.000–6.000 nəfər arasındakı ümumi iştirakçı kütləsində də hiss olunub. Yəni, iştirak səviyyəsində gender balansı qorunsa da, qalibiyyət göstəricilərində oğlanların üstünlüyü müşahidə edilir”.

İbrahim Baxışlının sözlərinə görə, bu rəqəmlər təhsil prosesində qız və oğlan şagirdlərin fərqli mərhələlərdə fərqli şəkildə uğur göstərməsinin səbəblərini daha dərindən araşdırmağın vacibliyini ortaya qoyur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti