...

İranda yüksəkvəzifəli məmurların ümumi şəbəkəyə qoşulmuş rabitə cihazlarından istifadəsi qadağan edilib

Dünya xəbərləri Materials 17 İyun 2025 14:55 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın kibertəhlükəsizlik idarəsi mühafizə sahəsində olan bütün yüksəkvəzifəli məmurların və xidmətlərin ümumi şəbəkələrə qoşulmuş rabitə cihazlarından istifadəsini qadağan edib.

Trend bu barədə "Fars" agentliyinə istinadən məlumat verir.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti