Bakı. Trend:
Bu ilin yanvar-may aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri vasitəsilə 11,646 milyon ton neft ötürülüb.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 340,3 min ton və ya 2,8% azdır. Belə ki, ötən ilin yanvar-may aylarında Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri vasitəsilə 11,986 milyon ton neft ötürülmüşdü.
Qeyd edək ki, dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,4 faizini və ya 9711,4 min tonunu Azərbaycanda hasil edilən neft, 16,6 faizini və ya 1934,7 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.