...

Azərbaycanda aqrar sektor 1,5% böyüyüb

İqtisadiyyat Materials 17 İyun 2025 14:57 (UTC +04:00)
Azərbaycanda aqrar sektor 1,5% böyüyüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-may ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 3,706 milyard manat təşkil edib.

Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onun da 2,839 milyard manatı heyvandarlıq, 867,2 milyon manatı bitkiçilik məhsullarının payına düşür.

Məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,5 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 1 faiz, bitkiçilik məhsulları istehsalı 3,1 faiz artıb.

Ölkədə yazlıq kənd təsərrüfatı bitkilərinin əkini əsasən başa çatıb. 2025-ci il iyunun 1-i vəziyyətinə 369,8 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb. Bu dövrdə 73,1 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (ondan 33,9 min hektarı dən üçün qarğıdalı), 44,8 min hektar sahədə kartof, 59,3 min hektar sahədə tərəvəz, 17,3 min hektar sahədə bostan bitkiləri, 100,6 min hektar sahədə pambıq, 12,7 min hektar sahədə dən üçün günəbaxan, 7,2 min hektar sahədə şəkər çuğunduru, 2,5 min hektar sahədə tütün, 47,8 min hektar sahədə çoxillik otlar, 3,8 min hektar sahədə birillik otlar və 0,7 min hektar sahədə sair yazlıq bitkilər əkilib.

2025-ci ilin yanvar-may aylarında quş əti də daxil olmaqla diri çəkidə 233,6 min ton ət, 916,5 min ton süd, 1011,2 milyon ədəd yumurta, 11,2 min ton yun, 1,3 ton barama istehsal edilib, 2024-cü ilin müvafiq dövrünə nisbətən yumurta istehsalı 2,8 faiz, ət istehsalı 1,2 faiz, süd istehsalı 0,2 faiz artmış, yun istehsalı 1,4 faiz, barama istehsalı 58,1 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti