Bakı. Trend:
Bu ilin yanvar-may aylarında hava nəqliyyatı ilə 1,495 milyon sərnişin daşınıb.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz çoxdur.
Qeyd edilib ki, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Eyni zamanda, hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma 0,4 faiz azalaraq 161,3 min ton olub.