Bakı. Trend:
Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 2025-ci il may ayının 1-nə milli valyuta ekvivalentində 14853,0 milyon manat təşkil edib.
Trend xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin 2025-ci ilin yanvar-may ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinə dair məlumatında öz əksini tapıb.
Məlumata görə, əmanətlərin 66,8 faizi milli, 33,2 faizi xarici valyutada qoyulub, xarici valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz, milli valyutada olan əmanətlərin məbləği isə 11,8 faiz artıb.
May ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 Avroya 1,92 (1,84) manata, 100 Türk lirəsinə 4,38 (4,59) manata, 100 Rus rubluna 2,11 (1,93) manata bərabər olub.