...

Azərbaycanda 5 ayda dəniz nəqliyyatı ilə 4 milyon tona yaxın yük daşınıb

İqtisadiyyat Materials 17 İyun 2025 16:24 (UTC +04:00)
Azərbaycanda 5 ayda dəniz nəqliyyatı ilə 4 milyon tona yaxın yük daşınıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Dəniz nəqliyyatı ilə 2025-ci ilin yanvar-may aylarında daşınmış yüklərin həcmi 3,746 milyon ton təşkil edib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,2 faiz artıb.

Qeyd edilib ki, yüklərin 47 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 5,704 milyon ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 4,663 milyon tonunu və ya 81,8 faizini tranzit yüklər təşkil edib.

2025-ci il iyun ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 220,1 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilin müvafiq dövrünə nisbətən 4,6 faiz azalaraq 10,4 min nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti