...

Qüdsdə partlayışlar olub

Dünya xəbərləri Materials 17 İyun 2025 10:47 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bir müddət əvvəl İranın İsrailə endirdiyi ballistik zərbələrdən sonra ölkənin mərkəzi ərazilərində, o cümlədən Qüdsdə partlayışlar qeydə alınıb.

Trend bu barədə “Times of Israel”ə istinadən xəbər verir

Məlumata əsasən, İranın yeni ballisitk raket barajı ilə əlaqədar ölkənin əksər ərazisində həyəcan təbili çalınıb.

Hələlik raket zərbələri nəticəsində baş vermiş partlayışların miqyası və fəsadları barədə məlumat verilmir.

Bundan başqa, "Jerusalem Post" bu gün İrandan İsrailin şimal və cənub, həmçinin mərkəzi bölgəsinə, o cümlədən Qüdsə 20 ballistik raketin buraxıldığı barədə məlumat yayıb.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti