Bakı. Trend:
Fransada “Qoretti” siklonu ilə əlaqədar 380 minə yaxın ev elektrik təchizatından məhrum olub.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
İşıqsız qalan evlər əsasən Normandiya bölgəsində yerləşir (266,200). Bundan başqa Bretanda 21 min evin, Pikardiyada 18, 500 evin, İl-de-Frans bölgəsində isə 13,500 evin elektrik təchizatının kəsildiyi bildirilir.
Siklonun səbəb olduğu əlverişsiz hava şəraiti ilə əlaqədar fəsadların aradan qaladırılmasının bir neçə gün çəkəcəyi deyilir.
Təkcə Manş departamentində küləyin sürəti saatda 210 kilometrə çatır.
Bundan başqa Fransanın Normandiya bölgəsində “Qoretti” siklonuun yaratdığı fəsadlarla əlaqədar dəmiryolu xətti ilə qatarların hərəkəti tamamilə dayandırılıb.
Hərəkətin ayın 10-dan etibarən tədricən bərpa olunacağı bildirilir.
