Bakı. Trend:
“Turkish Airlines” (Türk Hava Yolları) şirkətinin ardınca daha bir nüfuzlu aviadaşıyıcı – BƏƏ-nin “Flydubai” hava yolları şirkəti yanvarın 9-a İranın müxtəlif şəhərlərinə planlaşdırılan hava reyslərini təxirə salıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Dubay və İranın Tehran, Şiraz və Məşəd şəhərləri arasında azı 17 hava reysi təxirə salınıb.
Bu qərarın səbəbləri barədə hələlik açıqlama verilmir.
