...

"Liverpul” antirekordunu təkrarlayıb

İdman Materials 10 Yanvar 2026 09:19 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Liverpul” antirekordunu təkrarlayıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasının 21-ci turunda “Arsenal”la 0:0 hesablı heç-heçə edən “Liverpul” klub tarixində nadir göstərici ilə yadda qalıb.

"Opta Analyst" portalının "X" sosial şəbəkə hesabında yaydığı məlumata görə, bu görüşdə mersisaydlılar qapı çərçivəsinə bir dəfə də olsun zərbə endirməyib Sonuncu dəfə belə hal Premyer Liqa matçında 16 il əvvəl – 2010-cu ilin martında “Uiqan”la matçda (0:1) qeydə alınmışdı.

Hazırda “Liverpul” Premyer Liqanın turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti