Bakı. Trend:
Ucar şəhər 2 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilib. Təhsil müəssisəsinin 1958-1960-cı illərdə inşa olunan binası ötən müddət ərzində köhnəldiyindən istifadəyə yararsız vəziyyətə düşmüşdü.
Trend xəbər verir ki, bu səbəbdən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 720 şagirdlik yeni məktəb binasının inşasına başlanılmışdır.
Tikintisi 2025-ci ilin dekabr ayında başa çatan məktəb 3 mərtəbəli və 5 korpusludur.Təhsil ocağının fənn kabinetləri və laboratoriyaları zəruri mebel və avadanlıqla, əyani vasitələrlə təchiz edilib. Şagird və müəllimlərin istifadəsinə verilən sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, kompüter, hərbi-hazırlıq, tibb, əmək təlimi otaqları, kitabxana, bufet və yeməkxana, akt və idman zalları və açıq idman meydançası tədrisin yüksək səviyyədə keçməsini təmin edəcək. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.
