Bakı. Trend:
Mərkəzi Bank 2025-ci ilin IV rübü üzrə ev təsərrüfatlarının istehlak və yığım davranışları, onların borc yükü və borca xidmətə dair məlumatları toplamaq üçün “Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri” sorğusu keçirir.
Trend bu barədə tənzimləyici quruma istinadən xəbər verir.
Sorğu vasitəsilə ev təsərrüfatlarının istehlak və yığım davranışları, borc yükü və ona xidmət imkanları, inflyasiya gözləntiləri və onlara təsir göstərən amillər barədə məlumatlar toplanılır. Bu məlumatlar bir sıra makroiqtisadi və maliyyə göstəricilərinin təhlili və proqnozlaşdırılması, habelə pul və maliyyə sabitliyi siyasətləri üzrə qərarların verilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Sorğu geniş respondent kütləsinin əhatə edilməsi məqsədilə 2025-ci ildən Mərkəzi Bankın rəsmi internet səhifəsində rəqəmsal formatda keçirilir. Sorğunun rübdə bir dəfə olmaqla il ərzində 4 dəfə keçirilməsi planlaşdırılır.
Mərkəzi Bank bütün əhali qruplarını sorğuda fəal iştirak etməyə dəvət edir.
Sorğuya aşağıdakı keçid vasitəsilə daxil olmaq mümkündür:
https://e-cbar.az/Survey/Info/203
Sorğuda iştiraka dair izahedici videoçarx:
