...

Azərbaycanda 6 şəhər üzrə bu qədər abonentə su təchizatı və kanalizasiya xidməti göstərilir

Cəmiyyət Materials 9 Yanvar 2026 16:41 (UTC +04:00)
Azərbaycanda 6 şəhər üzrə bu qədər abonentə su təchizatı və kanalizasiya xidməti göstərilir
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

1 yanvar 2026-ci il tarixinə olan məlumata əsasən, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxsi ölkə üzrə 1,325,519 abonentə su təchizatı və kanalizasiya xidməti göstərir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Bildirilib ki, bunların 1,264,115-i əhali, 61,404-i isə qeyri-əhali abonentləridir.

"Bakı şəhəri üzrə 2025-ci il ərzində abonentlərin sayı 1,048,411 təşkil edib. Bunlardan 998,730-I əhali, 49,681-i isə qeyri-əhali olub",- qurumdan əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti