...

Dembele "PSJ"dən ikiqat maaş istəyir

İdman Materials 10 Yanvar 2026 11:22 (UTC +04:00)
Dembele "PSJ"dən ikiqat maaş istəyir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Qızıl top”un sonuncu sahibi Usman Dembele "PSJ" ilə yeni müqavilə imzalamaya bilər.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Paris klubu fransalı hücumçuya illik 30 milyon avro maaş nəzərdə tutan yeni sözləşmə təklif edib.

Lakin futbolçunun nümayəndəsi bu məbləğlə razılaşmır və ikiqat maaş tələb edir. Buna səbəb kimi Dembeleinin 2025-ci ildə qazandığı fərdi mükafatlar göstərilir.

Məlumata görə, "PSJ" maaş strukturunu ciddi şəkildə qorumaq niyyətindədir. Klub ulduz futbolçular arasında balansın pozulmasını istəmir və bu səbəbdən tələblərə razılaşmaq fikrində deyil.

Qeyd edək ki, Dembelenin "PSJ" ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 100 milyon avro olaraq qiymətləndirir.

Bu mövsüm Usman Dembele PSJ-nin heyətində bütün turnirlərdə 16 oyuna çıxıb, 6 qol vurub və 4 məhsuldar ötürmə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti