Bakı.Trend:
Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti Bakı-Tehran-Bakı marşrutu üzrə bu günə planlaşdırılan reysi ləğv edib.
Bu barədə Trend-ə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat
xidmətindən məlumat verilib.
Bildirilib ki, bu marşrut üzrə uçuşun bərpası ilə bağlı əlavə
məlumat açıqlanacaq və dərhal sərnişinlər məlumatlandırılacaq.
AZAL yaranmış narahatlığa görə üzr istəyir və göstərdikləri
anlayış və səbirə görə sərnişinlərə təşəkkür edir.
Bildirək ki, uçuşların və sərnişinlərin təhlükəsizliyi AZAL üçün
bir nömrəli prioritetdir.
Sərnişinlər yeniliklər barədə xəbərdar olmaq üçün AZAL-ın çağrı
mərkəzinə müraciət edə bilərlər: [email protected].
