Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2025-ci ildə proqnozla müqayisədə 6 faiz və ya 471 mln. manat çox olmaqla 8 mlrd. 89 mln. manat təşkil edib.
Trend xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.
Bildirilib ki, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları ötən il proqnoza nisbətən 8 faiz və ya 455 mln. manat artaraq 6 mlrd. 453 mln. manat olub.
2025-ci ildə DSMF-nin xərcləri 7 mlrd. 518 mln. manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 9 faiz və ya 629 mln. manat çoxdur.
