...

Ukrayna BMT TŞ-nin təcili iclasının keçirilməsini tələb edib

Dünya xəbərləri Materials 9 Yanvar 2026 11:42 (UTC +04:00)
Ukrayna BMT TŞ-nin təcili iclasının keçirilməsini tələb edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna, Rusiya ordusunun “Oreşnik” raket kompleksi ilə Lvov vilayətinə raket zərbələri endirməsi ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsinə dair çağırış edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Naziri Andrey Sibiq öz rəsmi “Facebook” səhifəsində yazıb.

“Rusiya iddia edir ki, Lvov vilayətinə ortamənzilli ballistik raket, yəni "Oreşnik"dən istifadə edib”, – deyə ukraynalı nazir yazıb.

Onun sözlərinə görə, Avropa İttifaqı və NATO sərhədlərinə yaxın ərazilərə endirilmiş zərbələr Avropa qitəsi üçün ciddi təhlükə yaradır. Sibiqa Rusiyanın hərəkətlərinə qəti cavab verilməsini tələb edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti