...

ABŞ və Pakistan birgə hərbi təlimlər keçirir

Dünya xəbərləri Materials 10 Yanvar 2026 12:05 (UTC +04:00)
ABŞ və Pakistan birgə hərbi təlimlər keçirir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Pakistanın Pabbi şəhərində yerləşən Milli Antiterror Mərkəzində (NCTC) “İlhamlanmış Qambit -2026” (Inspired Gambit-2026) adlı 13-cü birgə hərbi təlimlər keçirilir.

Trend xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsi (ISPR) məlumat yayıb.

Bildirilib ki, iki həftə davam edəcək təlim antiterror əməliyyatları sahəsində keçirilir. Təlimdə Pakistan və ABŞ ordularının peşəkar hərbi kontingentlərinin iştirakını nəzərdə tutulur.

Manverlər antiterror sahəsində təcrübə mübadiləsi yolu ilə qarşılıqlı anlaşmanın və əməliyyat uyğunluğunun artırılmasına, eyni zamanda effektiv antiterror əməliyyatları üçün zəruri olan taktika, texnika və prosedurların daha da təkmilləşdirilməsinə hədəflənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti