Bakı. Trend:
Yəmənin cənub vilayətlərinin ölkədən ayrılmasını müdafiə edən separatçı “Yəmən Cənub Keçid Şurası” (YCKŞ) rəsmi olaraq özünü buraxdığını elan edib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə təşkilatın yaydığı bəyanatda bildirilir.
Hərəkat eyni zamanda, bütün strukturlarının fəaliyyətinə son qoyduğunu bəyan edib.
“Sözügedən bəyanatla Yəmən Cənub Keçid Şurasının, onun bütün əsas və köməkçi orqan və qurumlarının buraxıldığını, habelə həm ölkə daxilində, həm də xaricdə yerləşən bütün ofislərinin bağlandığını elan edirik. Eyni zamanda, Cənubun ədalətli məqsədlərinə, Krallığın (Səudiyyə Ərəbistanı nəzərdə tutulur - red) himayəsi altında cənub qüvvələrinin ümumi konfransının keçirilməsinə hazırlıq yolu ilə nail olmaq niyyətimizi bəyan edirik”, – sənəddə qeyd olunur.
