...

“Neftçi” Qazaxıstan çempionuna böyük hesabla qalib gəldi

İdman Materials 9 Yanvar 2026 19:48 (UTC +04:00)
“Neftçi” Qazaxıstan çempionuna böyük hesabla qalib gəldi

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təlim-məşq toplanışında olan “Neftçi” ilk yoxlama oyununu keçirib.

Trend xəbər verir ki, “ağ-qaralar” Qazaxıstanın son çempionu "Kayrat" ilə qarşılaşıb.

Görüş Azərbaycan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Ağadadaş Salyanski, Vensan Abubakar və Murad Məmmədov vurublar.

Qeyd edək ki, “Neftçi” hazırlıq çərçivəsində daha 2 oyun keçirəcək. Bakı klubu yanvarın 13-də “Piramids” (Misir), 16-da isə “Çendu Ronqçenq” (Çin) klubları ilə üz-üzə gələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti