...

Vaşinqton iranlı etirazçılara dəstək mesajı göndərib

Dünya xəbərləri Materials 10 Yanvar 2026 10:46 (UTC +04:00)
Vaşinqton iranlı etirazçılara dəstək mesajı göndərib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Rəsmi Vaşinqton İranda etirazçılara dəstək mesajı göndərib. Dövlət katibi Marko Rubio öz “X” hesabında İran xalqına müvafiq müraciət ünvanlayıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Amerika Birləşmiş Ştatları cəsur İran xalqını dəstəkləyir”, - deyə o yazıb.

Bundan başqa, ABŞ Prezidenti Donald Tramp İrandakı vəziyyəti olduqca mürəkkəb kimi xarakterizə edib. Onun sözlərinə görə, mərkəzi hökumət artıq bir sıra şəhərlərə nəzarəti itirib, hərçənd bir neçə gün əvvəl belə bir vəziyyətin baş verəcəyini təsəvvürə belə gətirmək olmazdı.

Ağ Ev rəhbəri bir daha vurğulayıb ki, etirazçılara qarşı zorakılıq tətbiq olunsa Birləşmiş Ştatlar buna sərt şəkildə reaksiya verəcək.

Qeyd edək ki, ötən il dekabr ayının sonlarından etibarən İranın milli valyutası rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları başlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti