Bakı.Trend:
Ağdaşda piyada ölümü ilə nəticələnən qəza olub.
Trend-in məlumatına görə, hadisə yanvarın 9-u saat 17 radələrində baş verib.
Belə ki, 1968-ci il təvəllüdlü, Ağdaş rayon sakini Hacıyev Ramis Əsgər oğlu idarə etdiyi “VAZ 2101” minik markalı avtomobillə Ağdaş rayonu, Yuxarı Ləki kəndi ərazisində yolu keçən piyada - 1966-cı il təvəllüdlü Şərifov Əvəz Hümmət oğlunu vurub.
Hadisə nəticəsində piyada aldığı xəsarətlərdən həmin ərazidə ölüb.
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsinin İstintaq bölməsində Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.
