...

Almaniyada “Elli” fırtınası ciddi fəsadlara yol açıb

Dünya xəbərləri Materials 10 Yanvar 2026 06:53 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın bir çox bölgəsində tüğyan edən “Elli” fırtınası ciddi fəsadlar yaradıb.

Trend xəbər verir ki, qarlı və buzlu hava şəraiti ilə əlaqədar ölkənin şimalında fövqəladə hava xəbərdarlıqları hələ də qüvvədədir.

Fırtına səbəbindən “Alman Dəmir Yolları” şirkəti ölkənin şimal bölgəsində bütün uzunməsafəli qatarların hərəkətini dayandırıb. Xüsusilə Hannover ətrafında dəmir yolu reysləri müvəqqəti olaraq ləğv edilib.

Şimal və şərq bölgələrində yolların buz bağlaması bir sıra yol-nəqliyyat hadisələrinə səbəb olub. Bavariya əyalətində iki ölüm faktı qeydə alınıb. Avtomobil və yük nəqliyyatı da ciddi çətinliklərlə üzləşib, ağır tonnajlı yük maşınlarının yollarda qalması böyük tıxaclara səbəb olub.

Ölkənin şimal əyalətlərində yerləşən hava limanlarında bir sıra reyslər ləğv edilib və ya gecikdirilib. Bundan əlavə, bəzi adalar və limanlarla nəqliyyat əlaqəsi müvəqqəti dayandırılıb. Hamburq, Aşağı Saksoniya, Bremen və Şlezviq-Holştayn əyalətlərində məktəblər bağlanıb.

Almaniyanın Meteorologiya Xidməti yaxın günlərdə güclü qar yağışının yollarda əlavə çətinliklər yaradacağı barədə xəbərdarlıq edib. Bununla yanaşı, hava şəraitinin həftəsonuna qədər tədricən yumşalacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti