...

Qonşusunu qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Gündəm Materials 9 Yanvar 2026 17:00 (UTC +04:00)
Qonşusunu qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Amil Ağayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Trend xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Amil Ağayev 19 il müddətə azadlıqdan məhrum edilib.

Bildirək ki, hadisə keçən ilin iyul ayında Amil Ağayev gecə saatlarında qonşusu Bəsti Həsənovanın evinə girərək qətlə yetirib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə) maddəsi ilə ittiham edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti