...

Zelenski Ukraynanın "Oreşnik" raketləri ilə vurulmasına münasibət bildirib

Dünya xəbərləri Materials 9 Yanvar 2026 14:35 (UTC +04:00)
Zelenski Ukraynanın "Oreşnik" raketləri ilə vurulmasına münasibət bildirib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisinə genişmiqyaslı zərbələr endirib. Zərbələrdə enerji obyektlərinə hədəflənmiş ortamənzilli “Oreşnik” raketlərindən də istifadə olunub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski öz “Telegram” kanalında yazıb.

“Yalnız bu gecə 242 dronla hücum olub, enerji obyektləri və mülki infrastruktura hədəflənmiş 13 balistik raket, bir ortamənzilli "Oreşnik" ballistik raketi və 22 qanadlı raket atılıb”, – deyə Zelenski bildirib.

Zelenski “enerji qərargahı”nın iclasını elan edib, iclasda ölkə ərazisində elektrik təchizatı ilə bağlı bərpa işlərinin müzakirə ediləcəyi qeyd olunub.

Xatırladaq ki, bu gün Rusiya Müdafiə Nazirliyi Ukraynanın strateji əhəmiyyətli obyektlərinə, o cümlədən Lvovdakı obyektlərə “Oreşnik” raketləri ilə zərbə endirilidiyini təsdiqləyib. Rəsmi Kiyev bununla əlaqədar BMT Təhlükəsizlik Şurasında təcili iclasın keçirilməsini tələb edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti