...

ABŞ Dövlət Departamentinin nümayəndə heyəti Venesuelaya səfər edəcək

Dünya xəbərləri Materials 9 Yanvar 2026 23:26 (UTC +04:00)
ABŞ Dövlət Departamentinin nümayəndə heyəti Venesuelaya səfər edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Dövlət Departamentinin nümayəndə heyəti diplomatik nümayəndəliklərin bərpası məqsədilə Venesuelaya səfər edəcək.

Trend xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri İvan Gil Pintonun Telegram kanalında dərc olunmuş hökumət bəyanatında bildirilib.

Bəyanatda qeyd olunub ki, Venesuela Bolivar hökuməti ABŞ hökuməti ilə diplomatik danışıqlar prosesinə başlamaq qərarına gəlib. Bu qərar ABŞ təcavüzünün, eləcə də Prezident Nikolas Maduro və onun həyat yoldaşı, Birinci xanım Siliya Floresin oğurlanması ilə bağlı nəticələrin aradan qaldırılması və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi məqsədi daşıyır.

Sənəddə vurğulanır ki, ABŞ Dövlət Departamentinin diplomatik heyətindən ibarət nümayəndə heyəti diplomatik fəaliyyətlə bağlı texniki və logistik qiymətləndirmə aparmaq üçün Venesuelaya gələcək.

Eyni zamanda bildirilib ki, Venesuela diplomatlarından ibarət oxşar nümayəndə heyəti də ABŞ-yə göndəriləcək.

Xəbər lenti

Xəbər lenti