...

Kolumbiya Latın Amerikası ölkələrini qaçaqmalçılara qarşı ortaq ordu yaratmağa çağırıb

Dünya xəbərləri Materials 10 Yanvar 2026 09:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kolumbiya Prezidenti Qustavo Petro narkotik qaçaqçılarına qarşı mübarizənin gücləndirilməsi məqsədilə Latın Amerikası ölkələrinə ortaq ordu yaradılması çağırışı edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Kolumbiya Prezidenti Qustavo Petro "X" sosial media platformasındakı hesabında bu barədə paylaşım edib.

Narkotik qaçaqmalçılarının vurduğu zərərə diqqət çəkən Petro qeyd edib:

“Narkotik ticarəti hücum üçün mükəmməl bəhanəyə çevrilir. Latın Amerikası orduları olaraq, heç kimə faydası olmayan bu bəhanəni ölkələrimizdən çıxarmaq üçün bir araya gəlməliyik.”

Petro narkotik qrupların tərksilah edilməsi üçün Latın Amerikasının ortaq ordu yaratmasının vacibliyini vurğulayıb:

“Latın Amerikası sabitliyi pozan aktora qarşı özünü müdafiə etməlidir və bu, xalqların, silahlı qüvvələrin eləc də dövlətlərin birliyini tələb edir.”

Xəbər lenti

Xəbər lenti