Bakı. Trend:
Karib dənizində “Olina” neft tankerinin ABŞ tərəfindən ələ keçirilməsi üzrə əməliyyat başa çatıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, ABŞ-nin Sahil Mühafizəsi Xidməti Vaşinqton tərəfindən ələ keçirilən beşinci gəmi olan “Olina” adlı növbəti neft tankerini nəzarətə götürüb.
Əməliyyat Trinidad adası yaxınlığında (Trinidad və Tobaqo Respublikası) həyata keçirilib.
Qeyd edilir ki, tanker daha əvvəl Şərqi Timor bayrağı altında Venesuelaya reyslər edib.
xxx
17:07
Amerika Birləşmiş Ştatlarının hərbçiləri Karib dənizində “Olina” tankerinin saxlanılması ilə bağlı əməliyyata başlayıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Əməliyyatın təfərrüatları barədə hələ ki, məlumat yoxdur.
Xatırladaq ki, bundan əvvəl yanvarın 7-də “Marinera” tankeri Atlantik okeanının şimalında ABŞ tərəfindən saxlanılmışdı. Gəmi Venesuelanın dəniz blokadasını keçə bilmədiyi üçün bir neçə həftə ərzində Rusiya bayrağı altında üzüb. Rusiya höküməti gəminin müvəqqəti olaraq Rusiya bayrağı altında üzməsinə icazə verdiyini, eləcə də gəminin göyərtəsində Rusiya vətəndaşlarının olduğunu təsdiqləyib.
ABŞ tərəfinin açıqlamasına görə, gəmi sanksiya rejimini pozmaqda və enerji resurslarının mümkün qeyri-qanuni daşınmasında şübhəli bilinib. Hadisə xüsusilə ona görə rezonans doğurub ki, yaxınlıqda Rusiya hərbi gəmiləri də olub, lakin tərəflər arasında birbaşa toqquşma baş verməyib.
