Bakı. Trend:
"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen La Liqada klubunu dəyişməyə yaxındır.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
"Jirona" almaniyalı qolkiperi icarəyə götürmək istəyir. Klublar arasında danışıqlar müsbət istiqamətdə davam edir. Keçid baş tutsa, "Jirona" 33 yaşlı "əlcək sahibi"nin maaşının cüzi hissəsini ödəyəcək.
Qeyd edək ki, "Barselona" Mark-Andre ter Ştegeni 2014-cü ilin yayında Münhenqladbax "Borussiya"sından transfer edib.