Bakı. Trend:
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Trend Milli
Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, yanvarın
10-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər
bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı
xəbərdarlıq verib.
Bakıda və Abşeron yarımadasında, Neftçala, Qobustan, Şəki, Xızı,
Kəlbəcər, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Şəmkir, Samux,
Şirvan, Füzuli, Zəngilan, Laçın, Lerik, Yardımlı, Lənkəran,
Masallı, Astara, Cəlilabad, Mingəçevir, Gədəbəy, Qazax, Ağstafa,
Tovuz, Gəncə, Naftalan, Goranboy, Daşkəsən, Göygöldə sarı
xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti
13.9-20.7 m/san təşkil edəcək.
